Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıt şəhər, 5 saylı orta məktəbin Mətanət adlı ibtidai sinif müəllimi uşaqları döyür.
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti
Bu barədə Ölkə.Az-a sözügedən məktəbin 1 b sinif şagirdi Ayan İsgəndərlinin valideyni məlumat verib:

"Uşaqların çantasına şəkil və şəxsiyyət vəsiqəsini qoymuşdum. Müəllimə demişdi ki, bunlar lazım olacaq. Sonra özü uşaqlardan götürüb yığıb və sənədlər qarışıb. Halbuki sənədin içərisində uşağın adı yazılıb. Sənədləri uşaqlara paylayanda səhv düşüb, qızımdan soruşub ki, səninki hansıdır? Uşaq da bir həftədir dərsə gedir, gündəlik nədir, tanımır. Mətanət müəllimə əvvəlcə uşağa qışqırıb, sonra da ağzına vurub. Sonra da uşağa hədə-qorxu gəlib ki, evdə valideynlərinə bu barədə heç nə demə".

Ayanın anası N.İsgəndərli məktəbdə pul yığıldığını da bildirib:

"Həmin məktəbdə bu il dörd ibtidai sinif var. Heç bir ibtidai sinif müəllimi onun qədər pul yığdırmır. Dərs başlayandan on manat fond pulu, iki manat nə pulu... Saç bandına qədər özü sifariş verib, pulunu valideynlərdən yığır. Gələn həftə bununla bağlı direktorla danışacağıq. Artıq bir neçə valideyn uşağını bu sinifdən çıxarmaq istəyir".
Əməkdaşımız valideynin irəli sürdüyü iddia ilə bağlı məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxlayıb. Direktor heç bir valideynin ona müraciət etmədiyini bildirib:

"Məktəb hələ yeni başlayıb. Həm də birinci sinif şagirdi körpədir. Onu vurmaq olarmı? Mənə heç bir valideyndən Mətanət Cəbrayılova barədə şikayət müraciəti daxil olmayıb".

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

  • 21-09-2017, 15:29
  • 173


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI