Bakılı qadın Tovuzda bıçaqlandı

Bakılı qadın Tovuzda bıçaqlandı


Mayın 29-da saat 22 radələrində Tovuzun mərkəzindəkı Heydər Əliyev parkında bıçaqlanma hadisəsi baş verib.

Tovuz Rayon Polis Şöbəsindən publika.az-a verilən məlumata görə, Bakıdan Tovuza qonaq gedən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Sevinc Babayeva rayonun mərkəzində yerləşən parkda gəzintidə olan zaman ona tanımadığı bir şəxs yaxınlaşıb. Aralarında baş vermiş mübahisə zamanı digəri üzərində gəzdirdiyi bıcaqla 38 yaşlı qadına bir bıcaq zərbəsi endirərək hadisə yerindən qaçıb.
Yaralı yaxınlqdakı şəxslərin köməyi ilə öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Əməliyyata alınan qadının vəziyyəti hazırda orta-ağır olaraq qalır.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bakılı qadın Tovuzda bıçaqlandı

  • 31-05-2015, 17:38
  • 1 066


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI