Bakıdakı lift qəzası ilə bağlı cinayət işi açıldı

Bakıdakı lift qəzası ilə bağlı cinayət işi açıldı
Dekabrın 23-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Yeni inşaat” MTK-ya məxsus yaşayış binasının liftində yaranmış nasazlıqla əlaqədar 13-cü mərtəbədən şaxtaya düşməsi nəticəsində binanın liftdə olan 9 sakinindən Camal Abışov, Günay Abışova, Nəzrin Məmmədova, Humay Əfəndiyeva, Xalıq Məmmədov, Niyaz Məmmədov və Oruc Baxşəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan musavat.com-a verilən məlumata görə, zərərçəkmiş şəxslərdən X. Məmmədov, N. Məmmədov və O. Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin isə müalicəsi davam etdirilir.

Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəssislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayət işinin istintaqı nəzarətə götürülməklə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Xeberdar,net

Bakıdakı lift qəzası ilə bağlı cinayət işi açıldı

  • 23-12-2015, 21:10
  • 579


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  3. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  4. “İran inqilabdan sonra ən ağır günlərini yaşayır” –Ruhani
  5. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  6. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  7. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  8. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  9. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  10. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI