Bərzani referendumdan sonra ilk dəfə danışdı — GÖZLƏNİLMƏZ AÇIQLAMALAR

Şimali İraq Kürd Muxtariyyatının lideri Məsud Bərzani keçirilən referendumdan sonra ilk dəfə olaraq açıqlam verib.
Bərzani referendumdan sonra ilk dəfə danışdı — GÖZLƏNİLMƏZ AÇIQLAMALAR
Xeberdar.net məlumat verir ki, Bərzani video müraciət edərək, İraq hökumətinə səslənib. O, yaydığı video müraciətində bildirib ki, İraq hökuməti kürdləri təhdid etməkdən əl çəkməlidir.

“Biz artıq müstəqilliyimizi qəbul etdik. Bu qərarla bütün şəhədilərimizin ruhu şad oldu. İradəmiz qırılmadı. Artıq bundan sonra kürdlər üçün yeni tarix başlanıb. İraq hökuməti qanunlara əməl edib, insanların azadlıqlarını qorumadı. Lakin biz onlara öz hüquqlarımızı qoruya bildiyimizi bir daha sübut etdik”, - deyə M.Bərzani bildirib.
Kürd lideri əlavə edib ki, hər şeyə rəğmən kürdlər yenə də İraq hökumətilə danışıqlara getməyə hazırdılar: “Biz danışıqlara hazırıq. Danışıqlar zamanı heç bir problem yaşamaq istəmirik. İraqın baş naziri Heydər əl Abadini “qapılar”ı dialoq üçün bağlamamağa çağırıram. Mən qonşu ölkələrə səslənirəm. Biz bölgədə yaranmış problemlərin həll olunmasını istəyirik. Xalqımız kimyəvi silahlarla vurulan zaman Türkiyə və İranın dostluğunu gördük. Mən beynəlxalq aləmə səslənirəm. Bizim xalq terrorla mübarizə aparıb. Minlərlə insanımız bu yolda şəhid olub. Bundan sonra da terrorla mübarizə aparmağa hazırıq. Bizim üçün İŞİD və digər terrorçu qruplar düşməndilər. Biz dostluğa açıq millətik”.

Qeyd edək ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Türkiyə dövləti referendumu birmənalı olaraq pisləyib. Lakin referendum baş tutub. Nəticələrə əsasən kürdlər müstəqilliklərini qəbul ediblər.

Bərzani referendumdan sonra ilk dəfə danışdı — GÖZLƏNİLMƏZ AÇIQLAMALAR

  • 27-09-2017, 10:36
  • 309


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI