Bakıda 18 yaşlı gənc əməliyyat zamanı öldü –Qohumları həkimi ittiham edir

Bakıda 18 yaşlı gənc əməliyyat zamanı öldü –Qohumları həkimi ittiham edir
Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.

Bu barədə "Report"a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölüb.

Xəstənin dayısı Ağasəf Xurşidov "Report"a bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: "Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestesioloq məsuliyyət daşıyır".

Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: "Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Xeberdar.net

Bakıda 18 yaşlı gənc əməliyyat zamanı öldü –Qohumları həkimi ittiham edir

  • 28-09-2017, 11:51
  • 427


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sumqayıtda “Mənim Şəhərim” devizi altınta incəsənt sərgisi keçirilib.
  2. Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
  3. Generalın qalstukunda gizli kamera –Baş redaktoru necə “ilişdiriblər”…
  4. İranlı nazirdən sensasion iddia:"ABŞ kəşfiyyatının İran və regiondakı şəbəkəsini üzə çıxardıq"
  5. Quduz itin üzünü parçaladığı azyaşlıdan YENİ XƏBƏR
  6. Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb
  7. Sabah hava necə olacaq? –PROQNOZ
  8. Qaz və işıq limiti ləğv oluna bilər? – Nazirliyin İşçi Qrupu məsələyə baxacaq
  9. "Tətbiq edilən zorakılığın başında nazir Sahil Babayev durur”- İçtimai fəal ƏƏSMN-də döyüldüyünü iddia edir
  10. Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI