Bərzani referendumu ləğv edir? – Hiyləgər addım

Bərzani referendumu ləğv edir? – Hiyləgər addım
İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Ali Şuranın iclasını keçirib.

Xeberdar.net məlumat verir ki, iclas zamanı Şuranın adının İraq Kürdüstanı Siyasi Liderliyi olması haqda qərar qəbul edilib. Bu ifadə – İraq Kürdüstan Siyasi Liderliyi “Kürdüstan”ın İraqa bağlı olmasına razılıq verməsi kimi qiymətləndirilib.

Lakin Bərzaninin baş müşaviri Hemin Hevrami Şuranın adına “İraq” sözünün artırılmasını belə izah edib:“Bizim “İraq” sözünü əlavə etməyimiz “Kürdüstan”ın İraqın tərkibinə keçməsi, müstəqillikdən imtina etməyimiz kimi başa düşülməməlidir. Bununla biz Kürdüstanı dövlətləşdirmək istəyirik. Bu, Şuranın digər ərazilərdəki kürd torpaqları ilə əlaqəsi olmadığını vurğulaması deməkdir. Yəni bu Şura məhz İraq Kürdüstanına aiddir”.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıb.

xeberdar.net

Bərzani referendumu ləğv edir? – Hiyləgər addım

  • 2-10-2017, 22:05
  • 393


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI