İkimərtəbəli sərnişin qatarı Bakıda - YENİLƏNİB

İkimərtəbəli sərnişin qatarı Bakıda - YENİLƏNİB


Yeni qatarlar məsafəni cəmi 40 dəqiqəyə qət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarından biri bu gecə Bakıya gətirilib.

Qaynarxeber.com-un Fins.az-a istinadən məlumatına görə, yeni qatar hazırda Bakı Dəmir Yolu Vağzalındadır.

Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir.

Digər 4 qatardan biri bu ay, qalan 3-ü isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətiriləcək. Qatarların alınması üzrə saziş bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində imzalanıb.

11:40

Sosial şəbəkələrdə “Azərbaycan Dəmir Yolları” və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqavilə əsasında alınmış və hazırda Azərbaycana göndərilən qatarların videogörüntüsü və fotoşəkilləri yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərə əsasən Azərbaycana yola salınmış qatarların hazırda Rusiya ərazisi ilə hərəkət etdiyini söyləmək olar.

Gümüşü rəngli qatarların üzərində artıq “Azərbaycan Dəmir Yollarının” loqosu (ADY) vurulub.

Qeyd edək ki, yeni qatarlar ilk olaraq “Koroğlu” metrosu ilə Bakı sərnişin vağzalı arasında işləyəcək.

Daha sonra bu qatarlar Sumqayıt yolunda da istifadə olunacaq.

Yeni qatar Bak-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək:

Ümumilikdə KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb.

İlk 2 qatar iyun ayında Azərbaycana gətiriləcək.

Digər üç qatarın isə 2016-cı ilin yanvarınadək ölkəyə gətirilməsi nəzərdə tutulub.

İkimərtəbəli sərnişin qatarı Bakıda - YENİLƏNİB

  • 31-05-2015, 17:43
  • 940


Oxşar mövzular
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI