Əli Əhmədov: 'YAP parlament seçkilərinə böyük inamla gedir'

Əli Əhmədov: 'YAP parlament seçkilərinə böyük inamla gedir'


Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Qaynarxeber.com Trend-ə istinadən xəbər verir ki, müşavirədə çıxış edən Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib.

Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başladığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhvali-ruhiyyədə getdiyini vurğulayıb.

YAP sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib: "Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb".

Ə.Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Ə.Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.

Ə.Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP icra katibinin müavinləri – Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak ediblər.

Əli Əhmədov: 'YAP parlament seçkilərinə böyük inamla gedir'

  • 31-05-2015, 22:23
  • 971


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI