Yeni təyin olunan Energetika naziri Pərviz Şahbazov kimdir?

Bu gün uzun müddət boş qalan Energetika naziri postuna yeni təyinat olub.
Yeni təyin olunan Energetika naziri Pərviz Şahbazov kimdir?
Xeberdar.net məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilsin".

Yeni nazir uzun müddət diplomatiya sahəsində fəaliyyət göstərib. Pərviz Şahbazov sonuncu dəfə Azərbaycanın Almaniyadakı səfiri olub. 2016-cı ildə isə Prezident İlham Əliyev Pərviz Şahbazovun vəzifədən geri çağırılması barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".
P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatiya sahəsində fəaliyyətə başlayıb.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.

Pərviz Şahbazov ingilis, alman və rus dillərini bilir. Yeni Energetika naziri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdiri Oqtay Şahbazovun oğludur.

Yeni təyin olunan Energetika naziri Pərviz Şahbazov kimdir?

  • 12-10-2017, 17:44
  • 780


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  2. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  3. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  4. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  5. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  6. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi məlum olub
  9. Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
  10. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI