Kürdlər Kərkükdə İraq ordusu ilə döyüşə girib

Kürdlər Kərkükdə İraq ordusu ilə döyüşə girib
Xeberdar.net-in xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Kərkük əyalətində kürd döyüşçü dəstələri (peşmərgə) hökumət qüvvələri ilə döyüşə giriblər. Bağdadda əməliyyatın uğurla getdiyini bildirirlər.
Kürd komandanlığı nümayəndəsinə istinadla, «Röyter» agentliyi xəbər verir ki, Kərkükün cənubunda hər iki tərəf artilleriyadan istifadə edir. Mənbə qeyd edib ki, peşmərgə dəstələri ordu ilə yox, «xalq səfərbərliyi» (İraq ordusuna kömək edən yarımhərbi təkilat) ilə döyüşə giriblər.

Kərkükdəki mənbəyə istinadla İraqın «Al Sumariya» telekanalı xəbər verir ki, əyalətə daxil olan İraq ordu hissələri Kərkükün cənubunda kürd dəstələrinin müqaviməti ilə qarşılaşıb. Qeyd olunur ki, eyni vaxtda bir neçə rayonda İraq təhlükəsizlik qüvvələri ilə kürd döyüşçülər arasında atışma gedir.

Bundan əvvəl kürd müxtariyyəti hökuməti hücum olacağı təqdirdə, peşmərgəni döyüşə ilk olaraq girməməyə çağırmışdı.

Bununla bərabər, Kərkükün kürd qubernatoru artıq yerli əhaliyə müraciət edib və silahı olanı şəhərin «müdafiəsinə» qalxmağı təklif edib («Əl Cəzirə»).

İraq ordusunun əməliyyatı gecəyarısı başlanıb. İlk olaraq bildirilirdi ki, əməliyyatın məqsədi İraq ordusu tərəfindən əyalətdəki neft mədənlərinə və yaxınlıqdakı aviabazaya nəzarəti bərpa etməkdən ibarətdir. Sonradan Baş nazir Haydar əl-Abadinin bəyanatı ortaya çıxdı. O, əvvəlcə bildirdi ki, əməliyyat peşmərgə ilə əməkdaşlıq şəraitində keçirilir və dinc sakinlərin müdafiəsi məqsədi daşıyır.

Bununla bərabər, İraq televiziyası bəyan edib ki, ordunun hücumunun gedişində böyük bir ərazini tutmaq mümkün olub. Amma «Röyter» agentliyinin məlumatına görə, nə neft mədənlərini, nə da aviabazanı tutmaq mümkün olmayıb.

Bu ərəfədə kürdlər, Kərkükün ətrafını təmizləmək barədə Bağdadın tələbini rədd ediblər. Buna cavab olaraq, əyalətə daha 6 min peşmərgə gətirilib.

Oktyabrın 15-də axşam İraqda Kərkükə Kürd Fəhlə Partiyası (PKK) döyüşçülərinin də cəlb olunması barədə xəbəri şərh edərək, bunu İraq hökumətinə qarşı müharibənin elan olunması adlandırıblar. Kürdlər xəbəri təkzib ediblər.

Kərkük əyaləti 2014-cü ildən peşmərgənin qəzarəti altındadır, amma bu rayon İraq Kürdüstanı muxtariyyətinin tərkibinə daxil deyil. Müstəqillik barədə referendumun keçirilməsindən sonra Bağdad kürdləri mübahisəli rayonlarda birgə administrasiya yaratmağa və bu zaman mərkəzi hökumətin ali nüfuzunu tanımağa çağırıb.

Kürdlər Kərkükdə İraq ordusu ilə döyüşə girib

  • 16-10-2017, 10:22
  • 220


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI