Ümid Partiyası hakimiyyətə və əleyhdarlarına çağırış etdi

Ümid Partiyası hakimiyyətə və əleyhdarlarına çağırış etdi
Ümid Partiyası son günlər Avropa Şurası və Azərbaycan arasında yaranan gərginliklə bağlı bəyanat yayıb. Xeberdar.netə-ə daxil olan bəyanatda deyilir:

"Avropa Şurası Parlament Assambleyasında oktyabrın 11-də Azərbaycanda insan haqlarıyla bağlı iki qətnamə qəbul olunub. Qətnamələrdə Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməməkdə, siyasi məhbus məsələsində, insan haqları sahəsində baş verən neqativ hallara görə ciddi tənqid edilib. Bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Çünki Avropa Şurasının baş katibi Tornbörn Yaqland uzun müddətdir ki, Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirmədiyini deyir, Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyir. Azərbaycan rəsmilərinin və hakim partiya təmsilçilərinin açıqlamaları da Rəsmi Bakı ilə Strasburq arasında münasibətləri daha da gərginləşdirir. Artıq Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı bəyanatlar səsləndirilir.
Ümid partiyası olaraq hesab edirik ki, bu baş verənlər Azərbaycanın demokratik dünyada təcrid olmasına gətirib çıxara bilər. Azərbaycan Avropa Şurasından çıxarsa, bu Azərbaycanla Avropa və beynəlxalq təşkilatlar arasında münasibətlərin soyumasına gətirib çıxaracaq. Digər bir tərəfdən ölkənin ağır vəziyyətdə olan iqtisadiyyatına daha da zərbə vuracaq, çünki iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq Azərbaycan qazının da son ünvanı avropadır. Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq. Bütün bunlar isə Ermənistanın və erməni lobbisinin maraqlarına cavab verəcək.
Ümid Partiyası Azərbaycanı Avropanın bir parçası hesab edir, münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəfi - rəsmi Bakını və Strasburqu qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək dialoqa çağırır. Hesab edirik ki, AŞPA rəsmiləri Azərbaycan əleyhinə sərt addımlardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməkdə maraqlı olmalıdır. Rəsmi Bakı isə üzərinə götürdüyü öhtəliklərə əməl etməli,siyasi məhbuslar azad olunmalıdır.Hakimiyyəti dövlət maraqlarını hər şeydən üstün tutulmağa, siyasi məhbus məsələsinə şəxsi qərəz və kin-kudurətlə yanaşmamağa, bu gərginliyin azalması üçün lazımı addımlar atmağa çağırırıq.
Ümid Partiyası digər siyasi qüvvələri və vətəndaş cəmiyyəti nümayəndələrini də bu həssas dönəmdə, xüsusilə Qarabağ kimi ümummilli bir problemi olduğunu nəzərə alaraq diqqətli olmağa çağırır. Çünki, Avropa Şurasının Azərbaycan əleyhinə çıxardığı qətnamələr yalnız hakimiyyətə qarşı yönəlməyib, bu həm də dövlətə və dövlətçiliyə böyük ziyan vura bilər. Avropa Şurasından çıxarılan Azərbaycan iqtidarı olmayacaq, Azərbaycan dövləti olacaq!
Hər kəsi Azərbaycan dövləti naminə birliyə,üzərinə düşən məsuliyyəti dərk etməyə çağırırıq."

Xeberdar.net

Ümid Partiyası hakimiyyətə və əleyhdarlarına çağırış etdi

  • 16-10-2017, 15:40
  • 712


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI