Biznesmen-deputat özünü DTX-nin əməliyyatı ilə reklam edir

Biznesmen-deputat özünü DTX-nin əməliyyatı ilə reklam edir
Deputat İmamverdi İsmayılov özünü reklam edir

Palitika.Az-ın məlumatına görə, millət vəkili Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi anti-terror əməliyyatı haqda danışıb.

İ.İsmayılov Milli Məclisə daxil olub deputatları qətlə yetirməyə hazırlaşan İŞİD-çilərin zərərsizləşdirilməsi barəsində deyib ki, Mədət Quliyevin bu orqanda apardığı islahatlar, peşəkar kadrların yenidən bu quruma qaytarılması öz müsbət nəticəsini vermiş oldu.

DTX rəisi M.Quliyevin uğurlu fəaliyyətindən danışmaqla özünü gözə soxmağa çalışan, 5 ildə 5 dəfə danışan, seçiciləri ilə maraqlanmayan, biznesinin başından ayrılmayan deputat açıqlama verməklə özünü göstərməyə çalışıb.

Onun sözlərinə görə, DTX-nin bu əməliyyatı bir daha göstərdi ki, Azərbaycanın təhlükəsizlik orqanları etibarlı əllərdədir. Təbii ki, onun bu sözlərinə kimsə şübhə etmir.

Amma millət vəkili ölkədə kifayət qədər aktual hadisələr barədə susduğu halda anti-İŞİD əməliyyatından danışıb, öz piarına xidmət edib.

Guya ki, İ.İsmayılov parlamentin fəal deputatlarından biridir. Hərçənd, onun adı “lal deputat”lar siyahısında qərarlaşıb.

Palitika.Az-ın məlumatına görə, İ.İsmayılovun media emissarları var. Bəzi KİV-lər deputatın olmayan fəaliyyətinin piarını aparır.

Hətta bəzən onun adından açıqlamaların yazıldığı iddia edilir. Sadəcə, millət vəkili dostlarına tapşırır ki, saytlarda onun adından hansısa mövzuda bir açıqlama yazıb yerləşdirsinlər.

Özü isə biznesinə görə vaxtı olmur. Spiker Oqtay Əsədov da İ.İsmayılovun parlamentin iclaslarında iştirakını hiss etməyib. Məcburi köçkünlər qeyd edirlər ki, onlar deputatından əlini üzüb.

Azərbaycanda son konstitusiya dəyişikliyindən sonra gözlənilən iqtisadi-siyasi islahatlar icraedici orqan mənsubu olan məmurlarla yanaşı parlament üzvlərini, millət vəkillərini də diqqət mərkəzinə gətirib.

Belə ki, yeni dövrün tələblərinə cavab verməyən, işini yalnız parlamentdə kreslo tutmaqla yekunlaşdıran deputatların yeni islahatlar imtahanından çıxmayacağı bəllidir.

Bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr, proseslərdə fəal iştiraklarını nümayiş etdirsə də, mətbuata ümumiyyətlə çıxışı olmayan, öz funksiyalarını susmaqla yerinə yetirən, seçiciləri ilə təmas qurmaqdan belə çəkinən, daha doğrusu buna lüzum görməyən millət vəkilləri də var.

Xatırladaq ki, İmamverdi İsmayılov oğlunun qadını döyməsi ilə gündəmə gəlməsi başına iş açmışdı. Millət vəkili üçüncü dəfədir ki, oğluna görə töhmət eşidirdi.

İ.İsmayılov passiv fəaliyyəti olan deputat kimi tanınır. O, nadir hallarda çıxış edir. Belə bir deputatın hər dəfə oğlu ilə gündəmə gəlməsi heç də onun üçün yaxşı olmur.

Biznesmen-deputat özünü DTX-nin əməliyyatı ilə reklam edir

  • 17-10-2017, 10:37
  • 201


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI