Salyanda fermer 40 qadını pambıq sahəsində işlədib, pullarını vermir

Salyanda fermer 40 qadını pambıq sahəsində işlədib, pullarını vermir
Yayın istisində pambıq tarlalarında işləyən Salyan sakinləri 3 aydır ki, pullarını ala bilmirlər.

“Qaynarinfo”ya daxil olan məlumata görə, Salyan rayonunun Seyidsadıqlı kəndində pambıqçılıqla məşğul olan fermer Telman Qasımov 3 aydır ki, işçilərin pulunu vermir. Kənd sakinləri bununla bağlı dövlət qurumlarına müraciət etdiklərini desələr də, şikayətlərinə baxan olmayıb.

Yayın 40 dərəcə istisində məcburiyyət qarşısında qalıb tarlalarda çalışan, amma pullarını ala bilməyən 40 qadın bununla bağlı saytımıza müraciət ünvanlayıblar.

“Biz, 40 qadın televiziyalar “camaatı istinin altında işlətməyin” deyə bar-bar bağıranda, əlacsızlıqdan, pulsuzluqdan 40-50 dərəcə istidə sahələrdə işləməyə məcbur olmuşuq. Amma fermer Telman Qasımov bizə borclu olduğu 2000 manatı vermir, “hara istəyirsiniz şikayət edin, heç kimdən qorxum yoxdur”, deyir. Kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət etmişik, amma şikayətimizə baxan yoxdur. Dünən buna görə Telman Qasımova yenə zəng etdik. Dedi ki, gəlib pambığımı yığın, ondan sonra pulunuzu verim. İndi gərək 150 ton pambıq yığaq ki, o da həmin pambığı satıb, borcumuzu qaytarsın? Odla-suyun arasında qalmışıq. Hər gün ən azı 3-4 manatlıq ərzaq aparmalı oluruq özümüzlə. Yaydan bu yana mağazalara borcluyuq, ona görə də indi heç biri nisyə mal vermir. Vəziyyətimiz o qədər ağırdır ki, borclarımızı verə bilmirik, utanırıq, xəcalət çəkirik”, – deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənməyə çalışsaq da, Telman Qasımovla əlaqə saxlaya bilmədik.

Salyanda fermer 40 qadını pambıq sahəsində işlədib, pullarını vermir

  • 21-10-2017, 16:26
  • 217


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI