Xaləddin İsgəndərov MTN-nin üzəduranını vəzifəyə gətirir- ZİYA MƏMMƏDOVUN KADRI ƏVƏZLƏNİR

Xaləddin İsgəndərov MTN-nin üzəduranını vəzifəyə gətirir- ZİYA MƏMMƏDOVUN KADRI ƏVƏZLƏNİR
Yaxın günlərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin icra nümayəndəsi İbad İbrahimov tutduğu vəzifədən azad ediləcək.

Bu barədə Gununsesi.info-ya adıçəkilən rayonun rəsmilərindən biri bildirib.

Xəbərdə deyilir ki, İbad İbrahimovun “vurulmasına” səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxını olması, zamanında onun vasitəsilə bu posta təyin olunması olub.

Artıq müvafiq əmrin icra başçısı Xaləddin İsgəndərov tərəfindən veriləcəyi deyilir. Ancaq saytımızı bilgiləndirən mənbə Xaləddin İsgəndərovun gözlənilən yeni təyinatının təəccüb doğurduğunu da əlavə edib.

Belə ki, əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, icra başçısı İbad İbrahimovun yerinə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ifşa olunmuş agentura şəbəkəsinin üzvlərindən biri olan Biləcəri icra nümayəndəsində hazırda müavin işləyən Osman Qasımovu təyin edəcək.

Onu da xatırladaq ki, Osman Qasımov jurnalist Pərviz Həşimlinin şərlənməsində də xüsusi rolu ilə seçilib. Belə ki, MTN-nin xüsusi təyinatlıları jurnalistin evinə silahlı hücum edərək, pəncərədən mənzilə daxil olub, silah yerləşdirən zaman Osman Qasımov saxta şahid kimi prosesə cəlb olunub. Baş verənləri inkar edən “şahid” istintaqa ifadəsində yalan ifadə verib.

Xaləddin İsgəndərov MTN-nin üzəduranını vəzifəyə gətirir- ZİYA MƏMMƏDOVUN KADRI ƏVƏZLƏNİR

  • 24-10-2017, 16:12
  • 417


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  8. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI