“Maşın” şoudan tərbiyəsizlik – Jurnalistlər zaldan qovuldu

“Maşın” şoudan tərbiyəsizlik – Jurnalistlər zaldan qovuldu
Mübahisələr və qalmaqallarla dolu “Maşın” şounun komandası jurnalistlərə qarşı hörmətsizlik edib.

Musavat.com xəbər verir ki, bu gün şounun final günü baş tutmalı və qalib açıqlanmalıydı. Lakin şounun qalibinin Talıb Talenin olması ötən gündən mediada öz əksini tapmışdı. Lakin dünən gecə heç nə olmamış kimi şou yayımlandı və qalib açıqlanmadı. Buna səbəb isə layihə rəhbəri Murad Dadaşovun sponsorlarla bağladığı müqavilə oldu.

Bu gün keçirilən final gecəsinə media nümayəndələri dəvət olunsa da, onlar efir başlamamış məkandan qovulublar. Azxeber.com saytının əməkdaşı Nazim Qasımzadə, Primetime.az saytının müxbiri Teymur Məmmədov və Showxeber.az saytının müxbiri Elman Məmmədov öncə şounun keçirildiyi məkana buraxılıb.

Daha sonra cangüdənlər onlara yaxınlaşaraq təcili studiyanı tərk etmələrini deyiblər. Jurnalistlər səbəb soruşduqda isə, qalibi açıqladıqları üçün onları qovduqlarını bildiriblər. Amma unudublar ki, bu “Maşın”şounun sonuncu buraxılışı deyil. Sabah yenə yenidən şouya start verəcəklər və mediaya ehtiyacları olacaq. O zaman MGP-un rəhbəri Murad Dadaşov hansı üz ilə mediaya üz tutacaq? Həmkarlarımızın üzünə necə baxacaq? Bu tərbiyəsizlik necə unudulacaq?

Əslində isə onların etdiyi də başa düşüləndir. Çünki milyonlarla tamaşaçını və xalqı aldadan bir komanda iç üzlərini açan medianı necə sevə bilər?

“Maşın” şoudan tərbiyəsizlik – Jurnalistlər zaldan qovuldu

  • 26-10-2017, 08:19
  • 411


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI