İsmayıllıda narkotik əməliyyatı

İsmayıllıda narkotik əməliyyatı
İsmayıllı şəhər sakini Elməddin Ələsgərovdan 1 kiloqram 960,3 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Xeberdar.net-ə verilən məlumata görə, ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Polis əməkdaşları tərəfindən E.Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkovasitə aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitənin 1 kiloqram 960,3 qram marixuana olması barədə rəy verilib.

Faktla əlaqədar İsmayıllı RPŞ-də cinayət işi başlanılıb.

Xeberdar.net

İsmayıllıda narkotik əməliyyatı

  • 26-10-2017, 14:37
  • 451


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI