Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO

Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Azərbaycan musiqisi tarixində ilk dəfə olaraq Borçalı Cəmiyyətinin və Qars Sərhəd boyları Dərnəyinin birgə layihəsi əsasında Borçalı Aşıq məktəbinin iki nümayəndəsinin ifasında səslənən bir parçaya Türkiyənin "Kök media" şirkəti tərəfindən klassik qərb musiqisinin sintezi ilə xüsusi klip hazırlanıb. Noyabrın 3-də saat 14-30 da Beynəlxalq Mətbuat Mərkəzində Türkiyəli və Azərbaycandan olan sənətçilərin və mütəxəssislərin iştirakı ilə "Saz və dünya musiqisi" adlı həmin klipin təqdimatı baş tutub. Təqdimat mərasimini giriş sözü ilə açan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli layihənin önəmi və gerçəkləşməsi haqda məlumat verərək Aşıq musiqimizin tarixində ilk dəfə olaraq belə bir hadisənin baş tutmasını həm də üç ölkə - Azərbaycan, Türkiyə və Gürcüstan xalqları arasındakı münasibətlərin daha da sıxlaşmasına xidmət etdiyini vurğulayıb. Sonra söz klipin müəllifi və rejissoru Hakan Kılıç klipin ərsəyə gəlməsi haqda iştirakçıları məlumatlandırıb. Klipin həmmüəlliflərindən olan Qars Sərhəd Boyları Dərnəyinin sədri Muhərrəm Yıldızın Türkiyədə Borçalı haqda düşüncələr haqda çıxışı da maraqla qarşılanıb. Sonra mərasim iştirakçıları qarşısında klipin nümayişi baş tutub. Alqışlarla müşayiət olunan klip haqda tanınmış folklorşünas alim Elxan Məmmədli, Azərbaycan Aşıqlar Birliyinin katibi Altay Məmmədov, sənətçi Elçin İmanov, Təzadlar qəzetijjn baş redaktoru Asif Mərzili, Aşıq Pəri inciləri məclisinin sədri Pərvanə Zəngəzurlu, şair Fəridə Ləman, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Hqşimi Cavanşir, Aşıq Cahangir Quliyev , AşıqTərmeyxan və başqaları öz düşüncələrini paylaşaraq klipin yaradıcı heyətinə uğurlar diləyiblər. Təqdimat mərasiminin sonunda klipdə səsələnən musiqinin sözlərinin müəllifi Güllü Eldarqızı, klipdəki musiqi parçasının ifaçıları çıxış edərək bütün iştirakçılara və əməyi olanlara təşəkkürlərini bildiriblər. Mərasim "Tərlan balam" aşıq mahnısının canlı ifası ilə sona çatıb.

Xeberdar.net

Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO
Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO

Aşıq musiqimizdə yenilyə imza atıldı-FOTO

  • 3-11-2017, 20:15
  • 199


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI