Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR - 50 faiz ARTIRILDI

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR - 50 faiz ARTIRILDI
Azərbaycan 2018-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərcləri təqribən 50 faiz artıracaq.
Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
A.Bayramov bildirib ki, gələn il qaçqınların və məcburi köçkünlərin sosial təminatına 487 milyon manat ayırmaq planlaşdırılır: "Bu, 2017-ci illə müqayisədə 161 milyon manat və ya 49,5 faiz çoxdur".
Onun sözlərinə görə, bu vəsait, o cümlədən həmin kateqoriyadan olan vətəndaşların sosial ödənişlərinə, həmçinin qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinə ayrılacaq. (Trend)

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR - 50 faiz ARTIRILDI

  • 13-11-2017, 15:15
  • 392


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  7. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI