Azərbaycanda spirtli içkilər satışdan çıxarıldı

Azərbaycanda spirtli içkilər satışdan çıxarıldı
Azərbaycanda spirtli içkilər satışdan çıxarılıb.

Musavat.ciom xəbər verir ki, bu, 1 yanvar 2016-cı il tarixdən spirtli içki satışında tətbiqinə başlanılan yeniliklə əlaqədardır. Belə ki, bu gündən spirtli içkilərin nağd pulla satışı qadağan edilib. İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliyə görə, alkoqollu içkilərin plastik kart olmadan satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

Yanvarın 1-i səhər saatlarından bütün ərzaq mağazalarında alkoqollu içkilər rəflərdən yığışdırılıb. Bəzi yerlərdə onların yeri boş qalıb, bəzi iri supermarketlər isə alkoqollu içki rəflərini başqa mallarla doldurmağa çalışırlar.

Məhəllələrarası xırda ərzaq dükanlarında isə alkoqollu içkilərin satışı adi qaydada aprılır. Amma, onların da bir çoxu sabahdan bu məhsulları satışdan yığışdırmağa hazırlaşırlar. Onlar spirtli içkiləri topdansatış məntəqələrinə və distribütor firmalarına geri qaytarmaq niyyətindədirlər. Çünki, xırda mağazalarda pos-terminallar yoxdur və pkartik kartla alış-veriş aparılmır.

Qeyd edək ki, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” yanvarın 1-dən qüvvəyə minib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" təsdiq edilib.

Qaydaya əsasən yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Aksiz markası ilə markalanmalı olan alışı və satışı bu malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə həyata keçirilə bilər. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə əsasən isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır./Musavat.com/

Xeberdar.net

Azərbaycanda spirtli içkilər satışdan çıxarıldı

  • 1-01-2016, 22:37
  • 665


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  4. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  5. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  6. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  7. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  8. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
  9. Bakıda 8 nəfər supermarketin mühafizəçisini döyüb
  10. GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI