Neftçalada kənd məktəbində RÜŞVƏT burulğanı - İDDİA

Neftçalada kənd məktəbində RÜŞVƏT burulğanı - İDDİA
Neftçala rayon Cəngən kənd tam orta məktəbinin direktoru Əsədli İlham Gülmirzə oğlu rəhbərlik etdiyi məktəbi şəxsi biznes obyektinə çevirib. Adı çəkilən məktəbdə şagirdlərin təhsil alması ən axrıncı plana keçirilib. Bu barədə saytımıza etibarlı mənbədən məlumat daxil olub.
Məlumatda əlavə olaraq bildirilir ki. məktəb direktoru məktəbdə tədrisi zəruri olan maraq və dərnək dərs saatlarını məktəb müəllimlərinin adına yazdırır və maaşlar kartlara köçürülən kimi göstərilən dərs saatlarının pulunu həmin müəllimlərdən alır.Qanunsuz topladığı pulları isə director “təhsil nazirliyinə yolayıram” deyir. Direktorun göstərişinə əsasən dərsləri tədris etmədikləri üçün müəllimlərə göstərilən dərs saatlarının pulundan çox az miqdarda çatır.Bu isə həmin müəllimləri şirinikləndirmək üçündür.
Bunlardan başqa məktəbdə şagirdlərin dərsə davamiyyəti də pis vəziyyətdədir. Dərsə davamiyyətin pis olması artıq adi hala çevrilib.Artıq iş o yerə gəlib ki, məktəbdə baş verən hərc-mərcliyə, uşaqların dərsə getməməsinə valideynlərdə də biganəlik yaranıb. Çirkin oyunların oyunçusuna çevirilən müəllimlər də dərsə davamiyyətin olmamasına maraqlıdırlar.Beləcə təhsil mexanizmi göz görəsi sıradan çıxarılır, təhsilimizə balta çalınır.

Direktor İlham Əsədlinin başqa bir gəlir mənbəyi ilə bağlı da məlumat verlir.Bu şagirdlərə tədris olunan fərdi təhsil proqramıdır. Beləki, adı çəkilən direktor tərəfindən Neftçala rayon Cəngən kəndində yaşayan fiziki qüsurlu uşaqların adları qeyd edilsə də, onların evlərində tədris üçün lazımı şərait yaradılmır, dərslər isə ümumiyyətlə keçirilmir.Sadəcə hər şey sənəd üzərində yazılır,uşaqlar təhsildən kənar saxlanılır və dövlət büdcəsindən ayrılan pullar Əsədli İlham Gümirzə oğlunun cibinə axır.
Ümid edirik ki, aidiyyatı orqanlar məsləni araşdıracaq və problemlə bağlı lazımı tədbirlər görəcəklər.

P.S. Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

B.Ə.

Xeberdar.net

Neftçalada kənd məktəbində RÜŞVƏT burulğanı - İDDİA

  • 18-11-2017, 21:05
  • 346


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI