Azərbaycanda bu ailələrə ayda 10 manat veriləcək

Azərbaycanda bu ailələrə ayda 10 manat veriləcək
Nazirlər Kabineti ‘Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib.
Xeberdar.net APA-ya istinadən məlumatına görə, qərara əsasən ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 manat səviyyəsində müəyyən edilib.

Həmin pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Nazirlər Kabineti yeni qərarın qəbulu ilə əlaqədar "Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” 1993-cü il 8 fevral tarixli qərarını ləğv edib. Qüvvədə olan həmin qərara əsasən ailələrə öz büdcələrini apardıqlarına görə verilən pulun ayda miqdarı 1,65 manat qədər müəyyən edilib.

Azərbaycanda bu ailələrə ayda 10 manat veriləcək

  • 23-11-2017, 11:43
  • 554


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar
  2. İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib
  3. Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”
  4. Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
  5. “Naxçıvandakı təlimləri rus bazası da izləyir” – Əcaba niyə?
  6. Rusiyanın Yerevandakı səfiri: “Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”
  7. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" döyüş atışlı taktiki təliminin əsas mərhələsi keçirilib
  8. Da Vinçinin itən tablosu… –Səudiyyə şahzadəsinin yaxtasında tapıldı
  9. Bakıda yanğın:körpə qız yanaraq öldü
  10. Sabaha olan hava proqnozu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MARAQLI