Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir – Kimlər azadlığa buraxılacaq?

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir – Kimlər azadlığa buraxılacaq?
“Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı bir qayda olaraq imzalanıb. Bu, yalnız 2016-cı ildə olmayıb”.

Bunu AzVision.az-a Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əfv sərəncamının nə vaxt veriləcəyi barədə dəqiq vaxt demək çətindir: “Bu, ölkə başçısının konstitusion səlahiyyətlərinə daxildir. İstər əfv komissiyasının üzvlərinə, katibliyə və digər aidiyyəti orqanlara mütəmadi olaraq əfvlə bağlı müraciətlər daxil olur. Bütün bu müraciətlərlə bağlı müvafiq arayışlar hazırlanır və məlumatlar toplanır. Əfv sərəncamının olmasını isə istisna etmirəm”.

Komissiya üzvü əlavə edib ki, Azərbaycanda son illər cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: “Ümid edirəm ki, bu proses davam edəcək. Çünki cənab prezident cəza siyasətinin humanistləşdirilməsini hüquq islahatlarının prioritet istiqaməti kimi müəyyən edib”.

Müracitlərə gəlincə, Ə.Nuriyev qeyd edib ki, hər gün Əfv Komissiyasına əfvlə bağlı müraciət daxil olur.

Xatırladaq ki, sonuncu dəfə bu ilin mart ayında Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir – Kimlər azadlığa buraxılacaq?

  • 29-11-2017, 14:57
  • 370


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  8. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  9. Deputatın mülkləri - siyahı
  10. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI