Nizami və Mirhüseynlə bağlı şok qərar - Futboldan ömürlük uzaqlaşdırıldılar

Nizami və Mirhüseynlə bağlı şok qərar - Futboldan ömürlük uzaqlaşdırıldılar
AFFA danışılmış oyunlarda şübhəli bilinərək saxlanılan, daha sonra isə sərbəst buraxılan "Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov barəsində sərt qərar qəbul edib.

BakuPost.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klubla müqavilələri ləğv olunan oyunçularla bağlı AFFA İntizam Komitəsinin xüsusi iclası keçirilib.

İntizam Komitəsinin qərarında deyilir:

"İclasda Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər".

Nizami və Mirhüseynlə bağlı şok qərar - Futboldan ömürlük uzaqlaşdırıldılar

  • 1-12-2017, 14:40
  • 427


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə
  3. Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”
  4. Sabah hava necə olacaq? –Proqnoz
  5. TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"
  6. Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək
  7. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  8. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  9. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  10. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI