Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru şagirdlərdən yığdığı pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını deyir-İDDİA

Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru şagirdlərdən yığdığı pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını deyir-İDDİA

Elton Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Balaşova Şəfəq Əlimərdan qızı ilə bağlı xeberdar.net-in elektron poçtuna ilginc məlumatlar göndərilib.
Məlumatda bildirilir ki,direktor tutduğu vəzifəsindən sui-istifadə edərək qanunsuz işlərə imza atır:
“Bu məktəb Neftçalada ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Məktəbdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı səviyyədədir. Ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla “anlaşıb” aylığa çıxırlar. Bundan əlavə məktəbin direktoru işi o həddə çatdırıb ki, bu təhsil ocağında dərs alan şagirdlərdən aylıq “haqq” alır.”
Məlumatda əlavə olaraq iddia olunur ki, direktorun təlimatı ilə 9-cu sinifə qədər oxuyan şagirdlərdən hər ay 5 manatdan pul yığılır. Və bu məcburi qayda daşıyır. Həmin məbləğ 9-11-ci sinif şagirdləri üçün isə iki dəfə çoxdur. Yəni, 10 manat. Məktəbin direktoru bu pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını iddia edir. Deyilənlərə görə, direktor hətta birbaşa təhsil nazirliyinin əməkdaşı ilə görüşdüyünü və pulları da bilavasitə ona verdiyini iddia edir.

Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Xeberdar.net

Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru şagirdlərdən yığdığı pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını deyir-İDDİA

  • 7-12-2017, 12:18
  • 571


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI