Fələstin ABŞ vitse-prezidenti ilə əvvəldən planlaşdırılan görüşdən imtina edir

Fələstin ABŞ vitse-prezidenti ilə əvvəldən planlaşdırılan görüşdən imtina edirABŞ Fələstini vitse-prezident Maykl Penslə danışıqları ləğv etməməyə çağırlb.

Rəsmi Vaşinqton bunun danışıqların "zərərinə" ola biləcəyini vurğulayıb.

Vaşinqton Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyandan sonra Fələstin bildirib ki, Maykl Penslə görüşdən imtina edir. ABŞ vitse-prezidenti bu ay Fələstinə səfər etməlidir.

Dekabrın 8-də Ağ Ev bildirib ki, vitse-prezident "hələ də Mahmud Abbas və digər Fələstin liderləri ilə görüşmək niyyətindədir və görüşün ləğvi ilə bağlı hər hansı qərar səmərəsiz olardı".

Maykl Pens bu ayın ortalarında Fələstinlə yanaşı İsrail və Misirə də səfər etməlidir.

Mahmud Abbas özü hələ ki, bu məsələ ilə bağlı şərh verməyib.

Fələstinlilərlə İsrail ordusu arasında toqquşmalar olub

Prezident Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İsrail ordusu ilə fələstinli aksiyaçılar arasında toqquşmalar olub.
Hərbçilər təkər yandıran və daş atan etirazçılara gözyaşardıcı qaz və rezin güllələr atıblar.

Qəzza zolağında və İordaniya çayının qərb sahillərində azı 31 fələstinli yaralanıb.

Fələstindəki Hamas islam qruplaşması yeni üsyana çağırıb.

Israil Qərb sahilləri boyunca çoxlu qoşun yerləşdirir.

Vaşinqtonun bir çox müttəfiqi olan dövlətlər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə razılaşmayıb bu qərarı tənqid ediblər. BMT Təhlükəsizlik Şurası və Ərəb Liqası yaxın günlərdə bu məsələnin müzakirəsi üçün toplaşacaqlar (BBC).

Fələstin ABŞ vitse-prezidenti ilə əvvəldən planlaşdırılan görüşdən imtina edir

  • 8-12-2017, 12:58
  • 342


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI