İsmayıllı icra başçısından ağlasığmaz tələb - VİDEO

İsmayıllı icra başçısından ağlasığmaz tələb - VİDEO
Mirdaməd Sadıqov: “Ermənistandan gəlmisiz çıxın gedin ora”

İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqovun Realliq.org saytında gedən “İsmayıllıda etiraz” – başlıqlı yazıdan sonra narazılıq bildirməsi və əməkdaşlarımızı yalan məlumat yaymaqda ittiham etməsinə cavab olaraq apardığımız araşdırmaların nəticəsini təqdim edirik.
Xatırladaq ki, İsmayıllı rayonundan Realliq.org-a olunan müraciətlərdən sonra rayonda olduq. Rayon sakinləri icra başçısının fəaliyyətindən narazı olduqlarını bildirməklə, onların yaranmış sosial problemlərinə biganə münasibətdən bəhs etdilər. Rayonun Qalagah və Üştal kənd sakinləri qışın sərt tələbləri ilə üzləşiblər. İcra hakimiyyətinə üz tutub dərdini deyən insanlara isə, Mirdaməd Sadıqov: “Ermənistandan gəlmisiz ora da qayıdın” – cavabı verib.

İsmayıllının Sultankənd, Üştal, Qalagah kənd sakinləri ilə söhbətimizi və gördüklərimizi video çəkiliş vasitəsilə lentə aldıq. Realliq.org qeyd edir ki,
kəndlərə qaz yanacağının verilməməsi insanları çətin duruma salıb. Məktəblərdə dərslərin keçirilməsinə yaranan problem rayon rəhbərliyini narahat etmir. Vətəndaşlar evlərini qızdırmaq üçün meşələrə üz tuturlar və nəticədə yaşıllığın məhv edilməsinin qarşısını almaq çətinləşir. İcra başçısının qəbulunda olmaq isə heç bir problemi həll etmir.

Kəndlərdə olduğumuz zaman icra başçısının biganə münasibəti nəticəsində artan narazılıqların şahidi olduq. İnsanlar ölkə başçısına müraciət edərək özbaşınalıqların qarşısının alınmasını xahiş edirdilər. Onların müraciətini növbəti yazıda qiqqətinizə çatdıracağıq.
İsmayıllı icra başçısından ağlasığmaz tələb - VİDEO
Onu da qeyd edim ki, İsmayıllı rayon icra başçısı və müavinləri rayonun bir sıra yerlərində özlərinə gəlir mənbəyi olan obyektlər tikiblər . Təkcə icra başçının müavini Mahmud Süleymanovun “Planet” istirahət mərkəzini görmək yetərlidir. Milyonlar hesabına başa gələn “Planet”in 300-500 manat maaş alan bir məmur tərəfindən tikilməsi İsmayıllı icra hakimiyyətinin əsl fəaliyyətini aşkara çıxarır. Bu barədə Realliq.org-da ətraflı məlumat verəcəyik.
İsmayıllı icra başçısından ağlasığmaz tələb - VİDEO

Yuxarıda qeyd etdiyimiz kimi, Mirdaməd Sadıqovun biganə münasibəti nəticəsində İsmayıllıda artan problemlər sadə insanları narahat edir. Respublikanın aidiyyatı qurumlarının baş verənlərə münasibət bildirəcəyinə ümid edərək rayonun Üştal və Qalagah kəndində çəkilmiş və realliqları əks etdirən video görüntünü təqdim edirik.

İsmayıllı icra başçısından ağlasığmaz tələb - VİDEO

  • 8-12-2017, 17:12
  • 698


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI