"Forbes": Azərbaycan biznes üçün 70-ci ən yaxşı ölkədir

"Forbes": Azərbaycan biznes üçün 70-ci ən yaxşı ölkədirAzərbaycan "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 70-ci yeri tutub.

"APA-Economics" xəbər verir ki, 2017-ci il üçün tərtib olunmuş reytinqdə Azərbaycan 64-cü yeri tutub.

Reytinq 153 ölkəni əhatə edir. Siyahı Freedom House, Heritage Foundation, Property Rights Alliance, United Nations, Transparency International, World Bank Group və World Economic Forum kimi təşkilatların məlumatları əsasında tərtib olunub.

Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd etmək olar.

Qonşularımızın reytinqdəki yerlərinə gəlincə, Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdə qərarlaşıb.

Reytinqin lideri Böyük Britaniyadır. Bu ölkəni Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr izləyir.

Reytinqin autsayderi Çaddır.

Xeberdar.net

"Forbes": Azərbaycan biznes üçün 70-ci ən yaxşı ölkədir

  • 22-12-2017, 12:35
  • 146


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  6. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  7. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  8. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  9. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
  10. Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI