Kadırov "Teleqram"ın ümidinə qaldı: Hesabları bloklandı


Kadırov "Teleqram"ın ümidinə qaldı: Hesabları bloklandıÇeçenistan lideri Ramzan Kadırovun İnstaqram və Feysbuk hesabı bloklanıb.
Bu barədə məlumatı Kadırov Teleqram hesabında yazıb. O, ABŞ-ın Maliyyə Nazirliyinin sanksiya qərarı ilə bağlı paylaşdığı statusdan sonra İnstaqram və Feysbuk profilinin bağlandığını bildirib:

“Sosial media hesablarım rəsmi olduğu üçün onlar təhlükəsizliyimi təmin etməli idi. İnstaqramdan hesabımın geri qaytarılması üçün yardım istədik, amma cavab ala bilmədik. Mənim əsəbləşməyimi gözlədilər. Bu günə qədər ABŞ-dan asılı olmadığını deyən İnstaqramın o statusdan sonra hesabımı bağlaması qəribədir”.

Çeçenistan rəsmiləri də Kandırovu dayandırmaq üçün ABŞ-ın atdığı bu addımın cavabsız qalmayacağını bildiriblər.

Qeyd edək ki, bir müddət öncə ABŞ Çeçenistan lideri Ramzan Kadırov da daxil olmaqla, 5 rus vətəndaşının Maqnitski aktına daxil olduğunu açıqlamışdı.

Maqnitski aktı ABŞ-da 2012-ci ilin dekabrından tətbiq edilir. Bu akt insan haqlarını pozan rusiyalılara qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edir.(Axar.az)

Kadırov "Teleqram"ın ümidinə qaldı: Hesabları bloklandı

  • 24-12-2017, 12:52
  • 192


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI