İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib

İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib

İranın Məşhəd şəhərinin sakinləri işsizlik və yoxsulluğun artmasına etiraz olaraq aksiya keçiriblər.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ruhaniyə ölüm, diktatora ölüm” şüarları səsləndirirlər və əllərində İranın ərəb regionuna müdaxiləsini pisləyən plakatlar tutublar. Aksiyada bir neçə min nəfər iştirak edir.

Aksiya keçirilən yerə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar mitinqi dağıtmaq üçün xüsusi texnikadan, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Polis və etirazçılar arasında qarşıdurmaların olduğu barədə məlumat verilir.

Qeyd edək ki, İsfahan rəhbərliyi son 9 ay ərzində şirkətlərin iflas etməsi səbəbindən 26 mindən çox insanın işdən azad olunduğunu vurğulayaraq işsizlik böhranının daha da dərinləşməsi barədə xəbərdarlıq edib.

İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib

  • 28-12-2017, 17:29
  • 169


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. “Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı
  5. Nuru Paşanın yavəri...
  6. “Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı
  7. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  8. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  9. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  10. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI