DGK-dan qadağan olunmuş dərmanlarla bağlı açıqlama

DGK-dan qadağan olunmuş dərmanlarla bağlı açıqlama
Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində müəyyən dərman vasitələrinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

DGK-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, dərman vasitələri haqqında müvafiq qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələri müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir: “Eyni zamanda, ölkəyə gətirilən dərman vasitələrinin mal partiyaları üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş rəy və icazə sənədlərindəki məlumatların gətirilən mallarla uyğunluğuna nəzarətin daha da gücləndirilməsi və bu sahədə dövlət nəzarətinin səmərəliyinin artırılması məqsədilə Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əlaqələndirilmə işinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin ölkə sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib və nəticəsi üzrə görülmüş işlər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılıb”.


Xeberdar.net

DGK-dan qadağan olunmuş dərmanlarla bağlı açıqlama

  • 7-01-2016, 17:07
  • 593


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI