Arağın kartla satılmasına deputatdan etiraz - “Bu, problem yaratmaqdı...”

Arağın kartla satılmasına deputatdan etiraz - “Bu, problem yaratmaqdı...”
Spirtli içkilərin plastik kartlarla alınması ilə bağlı qanun qüvvəyə minmədən öncə bir çox məsələlər tənzimlənməli idi.

Bunu AzNews.az-a Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə mindikdən sonra yaranan problemləri şərh edərkən deyib. Onun sözlərinə görə, qanunla bağlı proseslər başlasa da, amma bununla bağlı müəyyən qurumların kifayət qədər hazırlığı yoxdur: “Bir çox mağazalarda post terminallar qoyulub. Kart olan mağazalarda spirtli içkilərin hamısı yığışdırılıb. Vergilər Nazirliyi də topdansatış ilə məşğul olanların bunun sənədləşməsini aparması ilə bağlı tələb qoydu ki, vergidən yayınmasınlar. Hesab edirəm ki, qanun qüvvəyə minənə qədər artıq bu məsələlər tənzimlənməli idi. Elə mağazalar var ki, spirtli içki satmaqda maraqlıdır.

Amma post terminalların gətirilməsi üçün müraciət etsələr də, bu günə kimi həmin aparatları gətirməyiblər. Bu sahibkara problem yaratmaq deməkdir”.

Çingiz Qənizadə vurğulayıb ki, bütün ölkənin satış mərkəzlərində satış yerlərində spirtli içki satan mağazalarda post terminallar quraşdırdıqdan, maarifləndirici iş apardıqdan və topdansatış işləri ilə məşğul olan qurumlarda da bu işi tənzimlədikdən sonra bu qanunun qüvvəyə minməsi təkid edilməli idi: “Qanun qüvvəyə minsə də bundan yararlanan müəyyən texniki məsələlər hələ də həllini tapmayıb. Bu da ölkədə müəyyən alış-verişə və müəyyən sahibkarların fəaliyyətinə maneçilik törədir. Digər qurumlar bu məsələni dərhal tənzimləməlidir”.

Deputat onu da əlavə edib ki, bu qanunun qəbul olunması yetkinlik yaşına çatmayan gənclərin spirtli içkilərdən yayınmasına müsbət təsir göstərəcək: “Bundan sonra azyaşlı gənclər spirtli içkiləri əldə edə edib ondan bəhrələnə bilməyəcəklər. Çünki son dövrlər yetkinlik yaşına çatmayan gənclər daha çox spirtli içkilər qəbul edirdi. Həmçinin spirtli içkilər məktəblərə yaxın yerlərdə satılırdı. Bu da insanların əxlaqına mənfi təsir göstərirdi. Ən azından şagird hər hanı bir şəxsin spirtli içki qəbul etdiyini görürdü. Bu da ona pis təsir göstərirdi”.

Xatırladaq ki, bu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minən yeni qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Bundan sonra alkoqollu içkilər və tütün məmulatları topdansatış məntəqələrindən plastik kartlarla alınacaq. Mağazalarda isə tütünün pərakəndə satışı istisna olmaqla, spirtli içkilərin alışı plastik kartlarla həyata keçiriləcək.

Xeberdar.net

Arağın kartla satılmasına deputatdan etiraz - “Bu, problem yaratmaqdı...”

  • 8-01-2016, 14:35
  • 687


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI