FAZIL MƏMMƏDOVUN KADRLARI MƏHKƏMƏYƏ ÇƏKİLİR – 9 şirkət iddia qaldırdı

664 11-01-2018, 16:06 gundem

9 şirkət və bir fiziki şəxs Lokal Gəlirlər Departamentini məhkəməyə verib
FAZIL MƏMMƏDOVUN KADRLARI MƏHKƏMƏYƏ ÇƏKİLİR – 9 şirkət iddia qaldırdı

abiq vergilər naziri Fazil Məmmədov vəzifədən azad edildikdən sonra onun illər ərzində törətdiyi qanunsuz əməllərə görə cavab verməsi məsələsi də gündəmə gəldi. İlk günlərdən belə məlumatlar var idi ki, F. Məmmədov səhhəti ilə bağlı deyil, sırf yarıtmaz fəaliyyətinə, sahibkarlara qan uddurulduğuna görə vəzifədən alınıb.
Daha sonra isə sabiq nazirin vəzifədə olduğu müddət ərzində dəyəri milyard manatlarla ölçülən mal-mülkə sahibləndiyi, dövlətdən, xalqdan oğurladığı pulların 1 milyard manatını xaricə çıxara bildiyi də faktlarla ortaya çıxarıldı, konkret ünvanlar göstərildi. Əlbəttə, bu iqtisadi və maliyyə xəyanətlərinin qarşılığında onun sərbəst buraxılacağı, yaxud da özünün can atdığı kimi, səfir postuna təyin ediləcəyini düşünmək sadəlövhlükdür. Əksinə, Fazil Məmmədov üçün başqa “sürpriz”lər hazırlanır. Görünən budur ki, onun həbsi üçün artıq hüquqi baza formalaşır.
Belə ki, Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. “APA-Economics”in məlumatına görə, “Naviqator Mobil Servises”, “Retail Solutions”, “Azəri-Türk LTD”, “Azerbaijan Steel Supply”, “Transport-Servis LTD”, “Effekt-M”, “Nicat-Nəzrin”, “Kraun” MMC-lər və “Azəraqrartikinti” ASC-nin “Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.
FAZIL MƏMMƏDOVUN KADRLARI MƏHKƏMƏYƏ ÇƏKİLİR – 9 şirkət iddia qaldırdı
Bu şirkətlərlə yanaşı, fiziki şəxs Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.
Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.
FAZIL MƏMMƏDOVUN KADRLARI MƏHKƏMƏYƏ ÇƏKİLİR – 9 şirkət iddia qaldırdı
Musavat.com-un məlumatına görə, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Məlumata görə, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Və buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib. Bu baxımdm məhkəməyə də Fazil Məmmədova yaxın kadrların cəlb olunacağı gözlənilir. İşdən çıxarılsalr belə…

XƏBƏR LENTİ