Santa-Barbarada 10 min nəfər təxliyə olunur - Sel gəlir

598 12-01-2018, 13:41 dunya / gundem

Santa-Barbarada 10 min nəfər təxliyə olunur - Sel gəlirABŞ-ın Kaliforniya ştatının Santa-Barbara bölgəsində güclü yağıntıların səbəb olduğu daşqın və torpaq sürüşmələri ilə əlaqədar 10 minə yaxın sakinin təxliyəsi tələb olunur.

Trend-in məlumatına görə, Montesito qəsəbəsinin demək olar ki, bütün sakinləri təxliyə olunacaq.

Santa-Barbara bölgə rəhbərliyi sakinlərin bir-iki həftə ərzində evlərinə qayıda bilməyəcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl bölgədə daşqınlar nəticəsində 17 nəfərin ölümü və 8 nəfərin itkin düşməsi təsdiqlənmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ