«Lactalis»-in uşaq yeməkləri salmanellez yaradır! - Dükanlardan yığışdırılır…

863 15-01-2018, 15:26 gundem

«Lactalis»-in uşaq yeməkləri salmanellez yaradır! - Dükanlardan yığışdırılır…
Xeberdar.net-in xarici KİV-ə istinadla verdiyi məlumata görə, Fransada və bəzi digər ölkələrdə süd qarışıqlı uşaq yeməkləri dükanlardan yığışdırılır. «Lactalis» şirkətinin istehsalı olan bu qida məhsulunun tərkibində salmanellez doğuran mikrorqanizmlərin tapıldığı bildirilir.

Yayılan məlumata görə, artıq 83 dövlət 12 milyon vahid təhlükəli qida məhsulunu geri çağırıb. Təkcə Fransada «Lactalis» qəbulundan dolayı salmanellezə yoluxma hallarının sayı 35-ə çatıb. Zərərçəkmişlərin hamısına kompensasiya ödənilir.

«Journal du Dimanche» nəşrinin məlumatına görə, şirkətdən bildiriblər ki, bakteriya istehsal siklinə 2017-ci ilin birinci rübündə aparılmış təmir işləri zamanı düşə bilərmiş.

Maraqlıdır, «Lactalis» uşaq qidası Azərbaycana gətirilirmi? Hələlik, məsul strukturlar susurlar – həmişə olduğu kimi…

Xeberdar.net

XƏBƏR LENTİ