Silah satan keçmiş məhkum saxlanılıb – FOTO

918 15-01-2018, 16:04 cemiyyet / gundem

Silah satan keçmiş məhkum saxlanılıb – FOTO
Paytaxtın Nizami rayonunda “Revolver” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqcasında üç ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.
Silah satan keçmiş məhkum saxlanılıb – FOTO

Xeberdar.net

XƏBƏR LENTİ