Bu gündən ilk dəfə olaraq Bakıdan Sofiyaya birbaşa uçuşlara başlanır

634 16-01-2018, 11:00 dunya / gundem

Bu gündən ilk dəfə olaraq Bakıdan Sofiyaya birbaşa uçuşlara başlanırBu gündən Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib.

“APA-Economics” xəbər verir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilib.

Bununla da, Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olub.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ