Oyuncaq tapança ilə lombarda basqın edən şəxs hakim qarşısında

715 16-01-2018, 11:54 cemiyyet / gundem


Oyuncaq tapança ilə lombarda basqın edən şəxs hakim qarşısındaOyuncaq tapança ilə quldurluq etməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Allahverdiyev Kaçran Şəfayət oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

K.Allahverdiyev Bakıda lombarda basqın etməkdə təqsirli bilinərək həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə Nəsimi rayonu ərazisindəki lombarda gələn Abşeron rayon sakini Kamran Allahverdiyev orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub. Onun quldurluq əməlini oyuncaq tapança ilə həyata keçirdiyi məlum olub.

K.Allahverdiyev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.

Xeberdar.net

XƏBƏR LENTİ