"Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" - Ağciyər Xəstəlikləri İnstitutunda daha bir QALMAQAL - VİDEO

1 019 16-01-2018, 20:23 gundem

"Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" - Ağciyər Xəstəlikləri İnstitutunda daha bir QALMAQAL - VİDEO
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.

Xeberdar.net Tərəf.infoya istinadən məlumat verir ki, video sosial şəbəkələrdə geniş yayılıb.

"Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə "emdiardı”, "eksdiardı”. Bəlkə, bu, sizin "zakazınızdır”? Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, "rifamiçin”ə qarşı həssasdır, digərində – davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, – Səbinə Məmmədova deyib.

Bu sözlərdən sonra o, zalı tərk edib.

Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub.

"Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" - Ağciyər Xəstəlikləri İnstitutunda daha bir QALMAQAL - VİDEO

XƏBƏR LENTİ