Qardaşını bıçaqlayan şəxs azadlığa buraxıldı

710 17-01-2018, 17:17 cemiyyet / gundem

Qardaşını bıçaqlayan şəxs azadlığa buraxıldıQardaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Tamilla Nəsrullayeva sədrlik edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Q.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisənin əsas şahidi Zaur Əliyev məhkəmədə deyib ki, hadisə baş verən gün təqsirləndirilən şəxs Qarakişi Babayevlə birlikdə yeyib-içirmişlər. Bir müddət sonra onların yanına Qarakişi Babayevin qardaşı Mirdaməd Babayev gəlib.

Sonra həmin qardaşlar arasında mübahisə yaranıb. Səbəb isə ailə münaqişəsi olub. Belə ki, Mirdaməd Babayev qardaşının qohumlarından birinin yas mərasimində iştirak etməsinə irad bildirib.

Z.Əliyev söyləyib ki, Mirdaməd qardaşına niyə yas mərasiminə getdiyini deyib. Daha sonra onlar əlbəyaxa olublar.

Qeyd edək ki, Qarakişi Babayevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Onun əməli məhkəmə tərəfindən 126.1-ci maddəsinə tövsif edib.

Xeberdar.net

XƏBƏR LENTİ