“Dəmirbank”a borcu olanların – NƏZƏRİNƏ

675 17-01-2018, 18:53 cemiyyet / gundem

“Dəmirbank”a borcu olanların – NƏZƏRİNƏAzərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank” ASC qarşısında borc öhdəliyi (krediti) olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Xeberdar.net-in məlumatına görə, müraciətdə bildirilir ki, ödənişləri köçürmə yolu ilə bankın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablarına, nağd qaydada isə bankın baş ofisinə və filiallarına, “DəmirPay” ödəniş terminallarına etmək olar.

Ətraflı məlumat üçün “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat İdarəsi” filialına müraciət etmək lazımdır.

Xeberdar.net

XƏBƏR LENTİ