Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib

614 17-01-2018, 20:33 dunya / gundem

Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib
Moldova Liberal Demokrat Partiyasının parlamentdəki deputatları ölkənin MDB üzvlüyündən çıxması barədə təşəbbüslə çıxş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı sənəd parlamentin gündəliyinə daxil edilib və qurumun rəsmi saytında yayılıb.

Hətta təşəbbüsçülər imzatoplama kampaniyasına da başlayıblar.

Xatırladaq ki, Avropayönümlü bu partiya 8 il təmsil olunduğu hakim koalisiyadan 2017-ci ildə çıxıb. Moldova MDB-nin yaradılması haqqında sənədi 1994-cü ilin aprelində ratifikasiya edib.

Xeberdar.net

XƏBƏR LENTİ