Ölkədən 2 milyon aparmaq istəyən şəxs tutuldu

777 18-01-2018, 17:29 cemiyyet / gundem

Ölkədən 2 milyon aparmaq istəyən şəxs tutulduHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

DGK-dan Axar.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən, hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

Vətəndaşa məxsus əşyaların yoxlanılması zamanı, onun çantasının içərisində və daha sonra əynindəki pencəyinin cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 2 mln. 200 min Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ