Polisdən əməliyyat: Axtarışda olan 16 nəfər saxlanıldı

825 20-01-2018, 11:46 cemiyyet / gundem

Polisdən əməliyyat: Axtarışda olan 16 nəfər saxlanıldıRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aAxtarışda olduğuna görə 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ