Hindistanda kimya zavodu partladı- Ölən və yaralananlar var

677 21-01-2018, 22:35 dunya / gundem

Hindistanda kimya zavodu partladı- Ölən və yaralananlar var
Hindistanın Vadodara şəhəri yaxınlığında "GSP Crop Science Private Ltd." şirkətinə məxsus kimya zavodunda partlayış baş verib və yanğın başlayıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatıdırılıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub, partlayışın səbəbləri araşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ