«Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq» – ABŞ-dan Türkiyəyə təklif

590 23-01-2018, 23:03 gundem

«Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq» – ABŞ-dan Türkiyəyə təklif
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) «Zeytun budağı» əməliyyatına son vermək məqsədilə, Suriyanın şimal-qərbində təhlükəsizlik zonası yaratmaq imkanlarının öyrənilməsini Türkiyə tərəfinə təklif edib.

«Röyter» agentiyinin məlumatına görə, bu təkliflə ABŞ dövlət katibi Reks Tillerson çıxış edib.

Onun sözlərinə görə, ABŞ «eyni məzmunlu təhlükəsizlik zonası yaratmaq üçün birgə işləmək» imkanlarına baxmağın tərəfdarıdır ki, nəticə Ankaranın tələblərini təmin etmiş olsun.

«Ona görə də biz, türklərlə və bir sıra güclərlə diskusiyadayıq ki, mövcud situasiyanı sabitləşdirməyin və Türkiyənin öz təhlükəsizliyi üçün qanuni narahatlığını aradan qaldırmağın mümkün yollarını tapaq» – ABŞ-ın baş diplomatı qeyd edib.

Maraqlıdır ki, Türkiyənin «Zeytun budağı» əməliyyatına başlamasından öncə, ABŞ elə həmin «təhlükəsizlik zonası»nı Afrindəki terrorçu kürdlərlə (PKK-nün Suriya qolu – PYD ilə) birlikdə yaratmaq fikrinə düşmüşdü. Bu məqsədə, Vaşinqton Afrin kürdlərindən ibarət 30 minlik silahlı birləşmə yaradacağını elan etmişdi…

Buradan açıq şəkildə görünür ki, ABŞ üçün Suriyada kiminlə işləməyin (terrorçu ilə yaxud, terrorla mübarizə aparanla!) prinsipial fərqi yoxdur. Bu cür bəhanələrlə ABŞ, yalnız «bölgəyə burnunu soxmaq» üçün təlaşlı cəhdlər göstərir.

Xeberdar.net

XƏBƏR LENTİ