Türkiyədə İŞİD-in daha bir "nazir"i tutulub

613 24-01-2018, 10:55 dunya / gundem

Türkiyədə İŞİD-in daha bir "nazir"i tutulubTürkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatının "səhiyyə naziri" Kefah Bəşər Hüseyn tutulub.

Bu barədə Trend vilayətin Polis İdarəsinə istinadən məlumat verir.

Bundan başqa, İŞİD-lə əlaqəsi olan 14 nəfər saxlanılıb. Onlardan 7-si Əlcəzair, 2-si Suriya və 2-si İran, hərəsinə biri olmaqla Niderland, Mərakeş və Misir vətəndaşıdır.

Qeyd edək ki, yanvarın 12-də Türkiyə polisi tərəfindən İŞİD-in "kənd təsərrüfatı naziri" Tariq Əhməd də saxlanlılıb.

Xeberdar.net

XƏBƏR LENTİ