Onun namizədliyi Ermənistanı qarışdıracaq

727 24-01-2018, 14:38 dunya / gundem

Onun namizədliyi Ermənistanı qarışdıracaqErməni oliqarxlar hakim Respublika Partiyasının Ermənistan prezidenti vəzifəsinə Armen Sarkisyanın namizədliyini irəli sürməsinə qarşı çıxmaq istəyirlər.

Trend-in məlumatına görə, bir sıra oliqarxlar Ermənistanın biznes həyatında A.Sarkisyanın simasında yeni rəqibin peyda olacağından narahatdırlar.

Onların fikrincə, A.Sarkisyan biznesin bəzi sahələrini ələ keçirməyə çalışacaq.

Erməni KİV-lərinin yazdığına görə, yaxın zamanlarda A.Sarkisyanı etibardan salacaq məlumatlar yayıla bilər ki, bu da onu prezidentlik iddialarından əl çəkməyə vadar edə bilər.

Xeberdar.net

XƏBƏR LENTİ