“Tramp mafiya dövləti qurmaq istəyir” – Corc Sorosdan şok ittihamlar

759 26-01-2018, 13:34 gundem

“Tramp mafiya dövləti qurmaq istəyir” – Corc Sorosdan şok ittihamlar
Milyarder sərmayəçi Corc Soros, ABŞ Prezidenti Donald Trampa qarşı müxalif qalmaqda davam etdirir.

Soros, Trampı mafiya dövləti yaratmaq istəməkdə ittiham edib.
“Marja” xəbər verir ki, İsveçrənin Davos qəsəbəsində keçirilən 48-ci Dünya İqtisadi Forumunda (DİF) çıxış edən Soros, Prezident Donald Trampın ABŞ-da bir mafiya dövləti yaratmaq istədiyini, ancaq ölkənin əsas şirkətlərinin gücü səbəbilə bunu edə bilmədiyini deyib.

Sorosa görə, Tramp və Şimali Koreya lideri Kim Jong Un, özlərinin hakimiyyətdə qalmaları üçün nüvə müharibəsi riskini artırmaq istəyirlər.

Soros, Rusiyanı da mafiya dövləti olmaqla günahlandırıb və Putindən “diktator” olaraq bəhs edib.

Sorosa görə, Tramp müvəqqəti fenomen olacaq.

Soros, “Trump 2020-ci ilə qədər ayaqda qalmağı bacara bilərsə də, 2020-də seçkini uduzacaq”,- deyib.

Xeberdar.net

XƏBƏR LENTİ