Heydər Əliyev prospektində qorxu dolu anlar - Maşın külə döndü/ VİDEO

972 26-01-2018, 14:19 hadise / gundem / video

Heydər Əliyev prospektində qorxu dolu anlar - Maşın külə döndü/ VİDEO
Heydər Əliyev prospektində avtomobil yanıb.

Xeberdar.net azxeber.com-a istinadən xəbər verir ki, hərəkətdə olan "Hyundai" markalı yük maşını birdən-birə yanmağa başlayıb. Sürücü avtomobili kənara çəkərək uzaqlaşıb. Qısa zamanda avtomobilin motorundan başlayan yanğın böyüyüb.

Hadisə yerinə hazırda FHN-nin yanğınsöndürən maşınları cəlb edilib. Prospektdə hərəkət müvəqqəti olaraq dayandırılıb.

Xeberdar.net

XƏBƏR LENTİ