DİQQƏT: Nələr baş ağrısına səbəb ola bilər?

1 017 27-01-2018, 00:06 maraqli / gundem

DİQQƏT: Nələr baş ağrısına səbəb ola bilər?
Heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı. Baş ağrısı bir çox insanları bəzən daimi narahat edir. ABŞ-ın qadın jurnalı olan "Health" bu ağrının səbəblərini müəyyən edib. Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.

1. Çəki - artıq çəkidən əziyyət çəkənlərin baş ağrısı olma riski normal çəkililərdən 35 faiz çoxdur.

2. Xasiyyət - həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər.

3.Cinsi həyat - Cinsi həyatı passiv olan insanları bu ağrıdan əziyyət çəkmək ehtimalı böyükdür.

4.Tətil - həftəsonu tətilləri yuxu rejimini pozduğu üçün qısa müddətli ağrılara yol aça bilər.

5. Qoxu - boyadan gələn qoxular ağrı yarada bilər.

6. Susuzluq - bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur.

7. Yemək yeməmək - aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir.

8. Kafein- az miqdarda kafein qəbulu baş ağrısına yaxşı təsir edə bilər. Ancaq miqdarın artması daha böyük problemlər yaradacaq.

9. Hərəkətsizlik - İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb.

10.Yuxusuzluq- gündə 6 saatdan az yatanlarda 8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir.

11. Qidalanma - qırmızı şərab, pivə, şokolad, sosis kimi qidalar və içkilər bəzi insanlarda baş ağrısı yarada bilir.

Xeberdar.net

XƏBƏR LENTİ